10:55
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
29 aprel 2024, 12:08Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 92-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
2. 93-cü maddənin mətnində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2024-cü il
10:55
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50